Yaponiya, İngiltərə və İtaliya yeni qırıcı hazırlamaq üçün təşkilat yaradacaq

08:13 - 14 Dekabr 2023 - DÜNYA

Yaponiya, Böyük Britaniya və İtaliyanın müdafiə nazirləri Tokioda keçirilən danışıqlar zamanı gələcək nəsil qırıcıların hazırlanması layihəsinin həyata keçirilməsinə cavabdeh olacaq təşkilatın yaradılması barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yeni struktur Britaniyanın BAE Systems, Yaponiyanın Mitsubishi Heavy Industries və İtaliyanın Leonardo şirkətlərinin rəhbərlik etdiyi müəssisəyə nəzarət edəcək. Onun öhdəliklərinə layihə daxilində tapşırıqların bölüşdürülməsi və digər funksiyalar daxildir. Təşkilatın baş qərargahı Böyük Britaniyada yerləşəcək, ona Yaponiya tərəfinin nümayəndəsi rəhbərlik edəcək və üç ölkənin hökumətləri özlərinin bir neçə yüz mütəxəssisini ora göndərəcəklər.

"Kyodo"nun məlumatına görə, Yaponiya hakimiyyət orqanları bu strukturun əməliyyat xərclərini ödəmək üçün 2024-cü maliyyə ilində (1 aprel 2024-cü ildən başlayaraq) təxminən 4 milyard yen (təxminən 28 milyon dollar) ayırmağı gözləyir.

Xəbər xətti