ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddə yerləşən Əl-Tanf şəhərindəki hərbi bazası kamikadze pilotsuz təyyarələrlə hücuma məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, Al Mayadeen telekanalının verdiyi məlumata görə, əvvəllər İŞİD terrorçularına qarşı döyüşən şiə silahlı qruplarının daxil olduğu İraqın İslam Müqaviməti hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Pilotsuz təyyarələr ABŞ hərbçilərinin nəzarətində olan yaxınlıqdakı Rukban qaçqın düşərgəsinə də hücum edib.