Avropa Komissiyası (AK) Brüsselin qanunun aliliyi və korrupsiya ilə mübarizə tələblərinə görə blokadaya düşən Avropa İttifaqının depressiyaya məruz qalmış ərazilərinin inkişafı üçün nəzərdə tutulan Avropa fondundan Macarıstana 10 milyard avro köçürməyə razılıq verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Bu pulun ayrılması Budapeştin 14-15 dekabr tarixlərində Brüsseldə keçiriləcək Aİ sammitində Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avroluq büdcə yardımı proqramını dəstəkləməyə razılıq verməsi şərtidir.