ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 4,3 milyon barel azalaraq dekabrın 1-nə 440,8 milyon barel təşkil edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2% aşağıdır.
Məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri bir barel üçün 1,06% artaraq 74,1 dollara, WTI markalı neftin yanvar fyuçerslərinin dəyəri isə 1,45% artaraq bir barel üçün 69,44 dollara çatıb.