Borrell Qəzzada atəşkəsə çağırıb

19:04 - 13 Dekabr 2023 - DÜNYA

Avropa İttifaqının xarici siyasət komissarı Cosep Borrell Fələstinin HƏMAS hərəkatını və İsraili BMT Baş Assambleyasının Qəzza zolağında atəşkəs tələb edən qətnaməsini yerinə yetirməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Borrell X sosial şəbəkəsində yazıb.

"BMT Baş Assambleyası Qəzzada təcili humanitar atəşkəs lehinə aydın mövqe tutdu. Mən tərəfləri bu qətnaməni yerinə yetirməyə çağırıram”, - deyə o əlavə edib.

Xəbər xətti