Pakistan məhkəməsi yenidən keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmood Qureşi-ni Rəsmi Sirrlər Qanununu pozmaqda ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “News International” qəzeti məlumat yayıb.
İttihamlar dövlət sirri haqqında qanunun pozulmasına görə xüsusi məhkəmənin Ravalpindi şəhərindəki Adiala həbsxanasında keçirilən açıq iclasında səslənib. Təqsirləndirilən şəxslər təqsirlərini etiraf etməyiblər.///tass