"Bizim üçün vacib qarşılaşmadır" - Qurban Qurbanov

14:13 - 13 Dekabr 2023 - İDMAN

“Bu il son oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşmadır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hakken” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib:

“Rəqib görüşə ciddi hazırlaşır. Turniri xalsız tərk etmək istəmirlər. Bunu nəzərə almalıyıq. Oyunçuların psixoloji cəhətdən də matça tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm”.

Qurbanov Finlandiyada əməliyyat olunan müdafiəçi Kevin Medinanın yoxluğuna toxunub:

“Bu matçda hamının sağlam olmasını istərdim. Futbolçular hamısı bunu haqq ediblər. Təəssüflər olsun ki, Medina heç Bakıda da olmayacaq. Dünən özü ilə görüntülü danışdım. Əsas oyunçularımızdan biridir. Onun da meydanda olmasını istərdik. İnanıram ki, digər futbolçular istədiyimiz kimi çıxış edəcək. Medinanın qısa zamanda dostlarının, ailəsinin yanında olmasını arzulayıram. Marko Veşoviçin durumu isə normaldır. Onun meydana çıxacağına ümid edirəm”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Xəbər xətti