Argentinanın İqtisadiyyat Nazirliyinin yeni rəhbəri Luis Kaputo ölkə iqtisadiyyatını xilas etməli olan ilk islahatları təqdim edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunlardan biri milli valyutanın ABŞ dollarına nisbətdə devalvasiyasıdır.
"Rəsmi məzənnə 800 peso olacaq ki, istehsal sektorları istehsallarını artırmaq üçün adekvat stimullara malik olsunlar" - Caputo gələcək islahatlarla bağlı müraciətində deyib.
Argentina Milli Bankının məlumatına görə, dollar hazırda 400,5 peso qiymətinə satılır, valyuta vahidi isə 365,5 manata alınır.