Polşa Ukrayna ilə sərhəddəki keçid məntəqəsini yenidən bağlayır

12:57 - 13 Dekabr 2023 - DÜNYA

Polşa-Ukrayna sərhədində bir gün əvvəl fəaliyyətini bərpa edən Yaqodin-Dorohusk keçid məntəqəsi yenidən bağlana bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Volın Gömrük İdarəsinin mətbuat katibi Valentina Çernış İctimai telekanalın efirində məlumat verib.

Məlumata görə, tətilin təşkilatçısı polyakların dekabrın 18-də başlamaq istədiyi təkrar etiraz aksiyası üçün yeni ərizə təqdim edib.

Qeyd edək ki, blokdan çıxarılan Yaqodin-Dorohusk keçid məntəqəsi hələ tam gücü ilə işləmir. Hazırda Polşa tərəfdən sərhədi keçmək üçün 700-ə yaxın yük maşını gözləyir. Gömrük nümayəndəsi bildirib ki, gün ərzində Volın gömrükçüləri 450 yük avtomobilini Ukraynaya giriş, 300-ü isə çıxış üçün rəsmiləşdirib.

Xəbər xətti