Azərbaycan Rusiyaya yumurta göndərəcək

12:43 - 13 Dekabr 2023 - İQTİSADİYYAT

Yaxın vaxtlarda Azərbaycan və Türkiyədən Rusiyaya ilk toyuq yumurtası tədarükü gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, qarşıdakı ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır”, - departamentin açıqlamasında bildirilir.

Yumurtanın idxalı bu məhsulun bahalaşması ilə mübarizə üsullarından biridir: Baş Prokurorluğun məlumatına görə, il ərzində yumurtanın maya dəyəri orta hesabla 40% artıb. İnflyasiya faktı ilə bağlı araşdırmaya prokurorluq və Federal Antiinhisar Xidməti (FAS) başlayıb.

Xəbər xətti