Rusiya ordusunun son sutkada Ukraynada daha 850 hərbçisi həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Rusiya ordusunun Ukraynada ümumi döyüş itkilərinin sayı 341500 nəfərə çatıb.
Həmçinin, Rusiya ordusu son sutkada 18 tank (5682), 15 zirehli texnika (10594), 3 artilleriya sistemi (8076), 10 PUA (6173), 12 maşın (10662), 6 xüsusi texnika (1176) itirib.