Sonuncu fransız hərbçiləri dekabrın 22-dək Nigeri tərk edəcək

10:52 - 13 Dekabr 2023 - DÜNYA

Nigerdə ​​qalan fransız hərbçiləri dekabrın 22-dək ölkəni tərk edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP Niger hərbi idarəsinə istinadən məlumat yayıb.

"Dekabrın 22-dək bütün fransız əsgərləri, eləcə də onların texnikası nəhayət Nigeri tərk edəcək", - məlumatda deyilir.

Niger hakimiyyətinin nümayəndəsinin ORTN televiziyasına verdiyi məlumata görə, Fransanın 1346 hərbi qulluqçusu və texnikanın 80%-i artıq ölkəni tərk edib. Hazırda Nigerdə ​​Fransa kontingentinin 157 üzvü qalır ki, onlardan 75-i texniki heyətdir.

Xəbər xətti