Bu ilin 11 ayında Azərbaycanda neft-kondensat hasilatı 27,6 mln. ton, ixracı isə 23,1 mln. ton olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 mlrd. kubmetr qazın 22.05 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda bildirilir.
Qeyd olunur ki, yanvar-noyabr aylarında qaz ixracı 9% artıb. Avropaya 10,85 mlrd. kubmetr, Türkiyəyə 8,7 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,1 mlrd.m3 qaz nəql edilib.