Banqladeşdə qatar relsdən çıxıb

10:32 - 13 Dekabr 2023 - DÜNYA

Banqladeşdə sərnişin qatarının yeddi vaqonunun relsdən çıxması nəticəsində 1 nəfər ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, 10 nəfər yaralanıb.

Qatar qəzası gecə saatlarında Qazipur rayonunda baş verib. İlkin məlumatlara görə, fövqəladə vəziyyətə səbəb dəmir yolu xəttinin qəsdən sıradan çıxarılması olub. Lokomotiv də daxil olmaqla 7 qatar vaqonu relsdən çıxıb.

Qəza yerinin yaxınlığındakı meşədə qaz balonu tapılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Fövqəladə hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Qəzanın baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb.

Xəbər xətti