Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələri daha 8 hərbçi itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Daha üç əsgər isə ağır yaralanıb. Noyabrın sonunda İsrail ordusunun quru əməliyyatı başladığından bəri İsrail hərbçilərinin sayı 113-ə çatıb, daha 550-dən çox yaralı var.