Oktyabrın 17-dən bəri İraq və Suriyadakı Amerika hərbi bazalarına edilən hücumların sayı 89-a çatıb
Ucnoqta.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bunu bildirib.
"17 oktyabrdan 89 hücum olub ki, çox hissəsi uğursuz alınıb" - rayder qeyd edib.
Pentaqonun sözçüsü hər hansı təfərrüatları açıqlamayıb. Rayder əlavə edib ki, ABŞ Yaxın Şərqdəki ordusunu qorumaq üçün əlindən gələni edəcək.