Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubu klublararası dünya çempionatının ilk tur matçında Yeni Zelandiyanın “Ouklend Siti” klubuna 3:0 hesabı ilə qalib gəlib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, turnir Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.
Qaliblərin qollarını Romarinyo (29-cu dəqiqə), Nqolo Kante (34) və Kərim Benzema (40) vurub. “Əl-İttihad” yarımfinalda Misirin “Əl-Əhli” komandası ilə qarşılaşacaq. Dekabrın 15-də İngiltərənin “Mançester Siti” komandası ilə yarımfinalda oynamaq hüququ uğrunda görüşdə meksikalı Leon Yaponiyanın “Urava Red Diamonds” komandası ilə qarşılaşacaq.