Brent markalı neftin qiyməti iyunun 28-dən bəri ilk dəfə bir barel üçün 73 dollardan aşağı düşüb
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS ticarət məlumatlarına istinadən yazıb. Brent markalı neftin qiyməti iyunun 28-dən bəri ilk dəfə bir barel üçün 73 dollardan aşağı düşüb.
Məlumata görə, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 4,02% və ya bir barel üçün 72,96 dollar, WTI markalı neftin yanvar fyuçersləri isə 4,25% və ya 68,28 dollar ucuzlaşıb.