Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilin sonuna qədər Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalamaq şansının həmişə olduğunu vurğulayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Qaluzin bildirib ki, ilin sonuna qədər Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması şansı həmişə var.
“Bu sualı yəqin ki, Ermənistan və Azərbaycan diplomatlarına ünvanlamaq daha yaxşıdır, amma demək istərdim ki, hər zaman şans var, lakin Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyi sualdır”, - nazir müavini qeyd edib.
Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.