Ukrayna daha bir MDB sazişindən çıxdı

20:19 - 12 Dekabr 2023 - DÜNYA

Ukrayna MDB ölkələri arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

"Ukrayna 2001-ci il sentyabrın 28-də Moskvada bağlanmış təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxdı", - o, Teleqram kanalında yazıb. Müqavilə MDB-yə üzv olan bütün ölkələr tərəfindən imzalanıb.

Bundan əlavə, hökumət fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşlarının təxliyəsi zamanı MDB-yə üzv ölkələrin qarşılıqlı fəaliyyəti haqqında sazişdən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib. Melniçuk xatırladıb ki, bu saziş 1996-cı il aprelin 12-də Moskvada imzalanıb və 1998-ci il noyabrın 5-də Ukrayna hökuməti tərəfindən ratifikasiya olunub.

Xəbər xətti