Zaqatalada çaqqal məktəblilərə hücum edib

15:07 - 12 Dekabr 2023 - HADİSƏ

Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, hadisə rayonun Muxax kəndində baş verib.

Kənd sakinləri olan və Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Çingiz qızı Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Rövşən oğlu Gəncəliyev dərsə gedən zaman yolda çaqalın hucumuna məruz qalıblar. Eyni anda çaqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hucum edərək xəsarət yetirib.

Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb.

Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb.

Xəbər xətti