FİFA prezidenti Türkiyədə hakimin döyülməsinə münasibət bildirib

13:25 - 12 Dekabr 2023 - İDMAN

Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Faruk Koca Türkiyə çempionatının oyununun hakiminə qarşı futbolda yeri olmayan hərəkətlərə yol verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino İnstaqram hesabında yazıb.

"Futbolda, meydanda və ya kənarda zorakılığa yer yoxdur. Türkiyə çempionatının matçından sonra baş verənlər tamamilə qəbuledilməzdir və bizim idmanda və ya cəmiyyətimizdə yeri yoxdur. Hakimlər, oyunçular, azarkeşlər və heyət oyundan həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Mən aidiyyatı qurumları bütün səviyyələrdə asayişi təmin etmək üçün tədbirlər görməyə çağırıram”, - FİFA rəhbəri yazıb.

Xəbər xətti