"İnternet TV"nin rəhbərinə cinayət işi AÇILDI

13:03 - 12 Dekabr 2023 - HADİSƏ

İnternet TV rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya faktı təsdiqləyib.

Xəbər xətti