Tonqa sahillərində güclü zəlzələ baş verib

08:55 - 12 Dekabr 2023 - DÜNYA

Tonqa Krallığının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 225 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər xətti