Aİ-nin Ermənistandakı missiyasının sayı artırlır
Ucnoqta.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borell deyib. Borellin sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirlikləri Aİ-nin Ermənistandakı missiyasının sayını 70% artırmaq qərarına gəlib.
“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, yerdəki mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib, bu, missiyanın həcminin əhəmiyyətli artımıdır və Ermənistanın beynəlxalq sərhədinin sabitliyini artırmaq üçün bir yoldur”, - Borrell bildirib.