Gəncə şəhərində mənzildən meyit aşkarlanıb.
"Report"un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü N.Bayramovun meyiti aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhumun ürək çatışmazlığından vəfat etdiyi və yaxınları bir neçə gündür ondan xəbərsiz olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.