ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns İraqın baş naziri Məhəmməd əl-Sudanini Bağdadın ABŞ hədəflərinə hücumları dayandırmaq üçün tədbir görmədiyi təqdirdə Vaşinqtonun üzləşəcəyi ciddi nəticələr barədə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İraq rəsmisinə istinadən Associated Press məlumat yayıb.
Burnsun xəbərdarlığı ABŞ-ın İraqdakı hədəflərinə hücumların artdığı bir vaxta təsadüf edir. Agentliyin qeyd etdiyi kimi, İraq və Suriyadakı Amerika qüvvələri oktyabrın 7-dən indiyədək ən azı 84 dəfə hücuma məruz qalıb. Bundan əvvəl Livanın şiə Hizbullah təşkilatının baş katibinin müavini Naim Qasim demişdi ki, Amerikanın İraq və Suriyadakı bazalarına hücumlar İsrailin Qəzza zolağına təcavüzünün dayandırılması üçün son dərəcə vacibdir.///tass