Zambiyada karxananın çökməsi nəticəsində 11 nəfər ölüb

16:18 - 11 Dekabr 2023 - DÜNYA

Zambiyanın mərkəzindəki Copperbelt əyalətində karxananın çökməsi nəticəsində azı 11 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lusaka Times portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əyalət qubernatoru Elişa Matambonun sözlərinə görə, xilasedicilər dünən beş cəsədi çıxarıb, bir nəfər isə sağ tapılıb. Bununla da faciə qurbanlarının sayı 11-ə çatıb.

Xəbər xətti