Rusiya prezidenti Vladimir Putin Arxangelsk vilayətinə gəlib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın ən böyük gəmiqayırma kompleksi olan “Sevmaş”ın yerləşdiyi Severodvinskdə dövlət başçısının “Krasnoyarsk” və “İmperator III Aleksandr” nüvə gəmilərində bayraq qaldırma mərasimində iştirak edəcəyi gözlənilir. Bu, gəmilərin Hərbi Dəniz Qüvvələrinə qəbulunu qeyd edəcək.
Bundan əlavə, Putinin Arxangelska səfəri gözlənilir.
Bu, Putinin 2024-cü il prezident seçkilərində iştirakını elan etdikdən sonra ilk regional səfəridir.