UEFA prezidenti dördüncü müddətə seçilə bilər

15:09 - 11 Dekabr 2023 - İDMAN

Aleksander Çeferin Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nizamnaməsinə dəyişiklik etmək niyyətindədir, ona görə də onun səlahiyyət müddəti 2031-ci ilə qədər uzadıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Keçən həftə Hamburqda təqdim edilən düzəliş təklifləri UEFA prezidenti Çeferinin ilk müddətinin ləğv edilməsinə və növbəti seçkilərdə namizəd kimi iştirakına icazə verə bilər. Onun səlahiyyət müddəti 2031-ci ilə qədər uzadıla bilər.

"Mançester Yunayted"in icraçı direktoru David Gill icraiyyə komitəsinin iclasında düzəlişlərə qarşı çıxış edərək, onları "qeyri-demokratik və futbolun maraqlarına uyğun olmayan" adlandırıb. Təklif olunan düzəlişlər UEFA-nın Parisdə keçiriləcək Konqresində səsverməyə çıxarılacaq.

Çeferin 2016-cı ildə prezident seçilib və daha sonra bu vəzifəyə yenidən seçilib. Funksionerin səlahiyyət müddəti 2027-ci ilə kimi hesablanıb.

Xəbər xətti