“Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çox - 15 milyard 337,7 milyon manat vəsait daxil olub”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“O cümlədən, son bir ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9% artaraq 9 milyard 15,8 milyon manata çatıb.
Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, - deyə nazir əlavə edib.