Hindistan 100 hərbi təyinatlı peykini kosmosa göndərəcək

11:32 - 11 Dekabr 2023 - DÜNYA

Hindistan 7-8 il ərzində hərbi kosmik peyklər qrupunu 100 aparatlala artırmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Hindistanın hərbi kosmik peyklər bürcü yaxın 7-8 il ərzində 100 peyk artacaq. Ölkədə yaxın və dərin kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradılacaq", - mənbə bildirib.

Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələri təsdiq üçün hökumətə yeni doktrina layihəsi təqdim edib, bu doktrinanın həm hücum, həm də müdafiə məqsədləri üçün kosmosdan səmərəli istifadə edilməsi, eləcə də Hərbi Hava Qüvvələrinin aerokosmik qüvvəyə çevrilməsi üçün aktiv addımlar nəzərdə tutulub.///tass

Xəbər xətti