Filippin Çinə nota verib

08:51 - 11 Dekabr 2023 - DÜNYA

Filippin Cənubi Çin Dənizində Filippin gəmilərinə qarşı Çin sahil mühafizəsinin su şırnaqlarından istifadə etməsinə görə Çinə diplomatik etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Teresita Daza məlumat verib.

Cənubi Çin dənizinin mübahisəli sularında iki ölkə arasında vaxtaşırı insidentlər baş verir. Belə ki, avqust ayında Çin sahil mühafizə gəmisi Filippin sahil mühafizə gəmilərinin yaxınlığında təhlükəli manevrlər edərkən su şırnaqlarından istifadə edib. Sentyabr ayında Çin gəmiləri 300 metr uzunluğunda üzən maneə quraşdıraraq, filippinli balıqçıların balıq ovu ərazisinə daxil olmasına mane olublar.///tass

Xəbər xətti