Rusiyada benzinin topdansatış qiyməti kəskin ucuzlaşıb

08:36 - 11 Dekabr 2023 - İQTİSADİYYAT

Son bir ayda Rusiyada benzinin topdansatış qiyməti kəskin şəkildə 14-15 faiz ucuzlaşıb və 2023-cü ilin əvvəlindəki səviyyəyə qayıdıb.

Ucnoqta.az-ın məlumatına görə, “Kommersant” Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının məlumatlarına istinadən xəbər verir ki, söhbət Aİ-92 və Aİ-95 üçün kotirovkalardan gedir.

Noyabrın ortalarından etibarən Aİ-92-nin topdansatış qiyməti 15 faiz azalaraq bir ton üçün 41,6 min rubl təşkil edib. Öz növbəsində, Aİ-95 bu müddət ərzində 14 faiz ucuzlaşaraq bir ton üçün 46,3 min rubl təşkil edib.

Xəbər xətti