Zelenski ABŞ-a səfərə gedəcək

00:13 - 11 Dekabr 2023 - DÜNYA

Dekabrın 11-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfərə gedəcək

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Baydenlə görüşəcək və bir sıra görüşlər və danışıqlar aparacaq.

“Vaşinqtonda keçiriləcək danışıqlarda əsas mövzular arasında Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, xüsusən də silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələr, eləcə də iki dövlətin səylərinin əlaqələndirilməsi olacaq,” - məlumatda deyilir.

Xəbər xətti