Netanyahu HƏMAS üçün “sonun başlanğıcını” elan etdi

00:10 - 11 Dekabr 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatı üçün “sonun başlanğıcı” olduğunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, onun sözləri İsrail hökuməti başçısının rəsmi Telegram kanallarından birində sitat gətirilib.

Baş nazirin sözlərinə görə, son günlər HƏMAS-ın onlarla döyüşçüsü İsrail Müdafiə Qüvvələrinə (IDF) “təslim olub”. O, HƏMAS yaraqlılarının silahlarını yerə qoyduğunu və İsrail hərbçilərinə təslim olduğunu bildirib. Netanyahu bildirib ki, bu proses bir qədər vaxt aparacaq, müharibə tam sürətlə davam edir, lakin bu, HƏMAS üçün sonun başlanğıcıdır.

O, həmçinin hərəkatın döyüşçülərini təslim olmağa çağırıb.

Bundan əvvəl Netanyahu Qəzza zolağında döyüşləri dayandırmaq üçün bir sıra ölkələrin çağırışlarını rədd edib.

Xəbər xətti