Futbol çempionatının 16-cı turunun “Qranada” – “Atletik” matçı “Nuevo Los Karmenes” stadionunun tribunasında azarkeşin ölümünə görə ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Oyunun ilk yarısında azarkeşin səhhəti pisləşib və ürəyi dayanıb. Matçın baş hakimi komandaları tribunaların altındakı otağa aparmaq qərarına gəlib və bu zaman həkimlər briqadası xərəkdə olan azarkeşi təcili yardıma çatdıra bilib. Əvvəlcə azarkeşin vəziyyəti stabilləşsə də, sonradan həkimlər onun öldüyünü elan ediblər.
“Qranada” – “Atletik” matçı mövsüm bilet sahiblərimizdən birinin ölümü ilə əlaqədar dayandırılıb”, - klubun mətbuat xidmətindən bildirilib.
Oyun 1:0 hesabı ilə bilbaoluların xeyrinə dayandırılıb. 6-cı dəqiqədə yeganə qolu 29 yaşlı qanalı hücumçu İnyaki Uilyams, 30 yaşlı müdafiəçi İniqo Leke Martinez kömək edib.