Hizbullah PUA ilə İsrailin Livanla sərhəddəki qərargahına hücum edib

18:16 - 10 Dekabr 2023 - DÜNYA

“Hizbullah” silahlı birləşmələri Livanla sərhəddə İsrail hərbçilərinin mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Hizbullah"ın Teleqram kanalında dərc olunan açıqlamada deyilir.

“İslam müqaviməti pilotsuz təyyarələri İsrail ordusunun Yaar qəsəbəsindəki qərargahına və hərbi kazarmalara hücum edərək, bütün hədəfləri dəqiqliklə vurub”, – məlumatda bildirilir.

Xəbər xətti