Yava adasında yerləşən Merapi vulkanı kül püskürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.
Geoloji Fəlakət Texnologiyalarının Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Aqus Budi bildirib ki, vulkan şimal istiqamətinə kül atıb. Təşkilat kül emissiyasının hündürlüyünün 3,5 km-ə çatdığını bildirib.
Qeyd edilir ki, vulkandan 5 km məsafədə yerləşən ərazilər potensial təhlükə altındadır.