MEDİA məişət zorakılığı ilə bağlı mətbuata çağırış edib

14:44 - 7 Dekabr 2023 - MEDİA

Medianın İnkişafı Agentliyinin (MEDİA) məişət zorakılığı ilə bağlı mətbuata çağırış edib.

"Report" xəbər verir ki, bu bardə Agentliyin şöbə müdiri Natiq Məmmədli Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsindəki paneldə deyib.

Şöbə müdiri bildirib ki, bu gün mediada məişət zorakılığı ilə bağlı eyni səhvlər təkrarlanır: "Ona görə də məsələyə yalnız medianın peşəkarlığı kontekstindən yanaşmaq doğru deyil. Maarifçilik Azərbaycan jurnalistinin əsas missiyası və alın yazısıdır. Etik prinsiplərin təbliği davam etməli, bu işlərdən yorulmamalıyıq. Media ictimai əhəmiyyətli məişət zorakılığını işıqlandırarkən etik normaları qorumalıdır. Jurnalistin peşəkarlığı özünü sosial şəbəkələrdə və ya digər platformalarda gördüyü açıq informasiyaları necə işıqlandırmaqda göstərir".

N.Məmmədli vurğulayıb ki, jurnalistlərin fəaliyyətini tənzimləyən qanunlar peşə etikasının tələbləri ilə üst-üstə düşür.

Xəbər xətti