Avstraliya hakimiyyəti 13 Rusiya vətəndaşına qarşı onları müxalif siyasətçi Vladimir Kara-Murzanın (Rusiya Federasiyasında xarici agent kimi tanınır) işi ilə əlaqələndirərək sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Avstraliya üç Federal Təhlükəsizlik Xidmətinin agentinə qarşı Magnitsky Aktı tərzində məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Həmçinin, Avstraliya daha bir Rusiya nazir müavini də daxil olmaqla on rusiyalıya maliyyə sanksiyaları və səyahət qadağası tətbiq etdiyi bildirilir. Bu şəxslərin adları açıqlanmır.