Çexiya prezidenti Petr Pavel 2023-cü ilin sonuna kimi Fransaya səfər edəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pavel mətbuat konfransında deyib:
"Biz xarici səfərlər üçün plan hazırlamışıq və bu plan razılaşdırılır. Biz gələcək səfərləri ev sahibi tərəflər onların həyata keçirilmə tarixlərini təsdiqlədikdən sonra elan edəcəyik. Onlardan birincisi bu ilin sonuna qədər Fransada baş tutacaq”.