Qəzza zolağının şimalında 800 mindən çox insanın tibbi xidmətlərə çıxışı yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"Qəzza zolağının şimal hissəsində 800 mindən çox sakinin dərman almaq imkanı yoxdur", - departament qeyd edib.
Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağının şimalındakı tibbi infrastrukturu qəsdən məhv etdiyini vurğulayıb.