Qəzzanın şimalında 800 mindən çox sakin tibbi xidmət ala bilmir

00:02 - 7 Dekabr 2023 - DÜNYA

Qəzza zolağının şimalında 800 mindən çox insanın tibbi xidmətlərə çıxışı yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

"Qəzza zolağının şimal hissəsində 800 mindən çox sakinin dərman almaq imkanı yoxdur", - departament qeyd edib.

Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağının şimalındakı tibbi infrastrukturu qəsdən məhv etdiyini vurğulayıb.

Xəbər xətti