ABŞ hakimiyyəti Ukraynaya 175 milyon dollar dəyərində yeni silah paketi ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken yazılı açıqlamasında bildirib.
“Bu paket 175 milyon dollara qədər silah və texnikanın ayrılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Blinken vurğulayıb ki, tranş Ukraynaya kömək üçün qalan “məhdud resurslardan” yığılıb.
Açıqlamada aydınlıq gətirilir ki, paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri, AGM-88 HARM antiradar raketləri, artilleriya mərmiləri və digər növ sursatlar daxildir.