Neftin qiyməti ucuzlaşıb

18:57 - 6 Dekabr 2023 - İQTİSADİYYAT

Brent markalı neftin qiyməti 76 dollardan aşağı düşüb

Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti iyulun 6-dan bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

Məlumata görə, Brent markalı neftin qiyməti 1,65% azalaraq 75,62 dollara düşüb. Eyni zamanda, yanvarda çatdırılma üçün WTI markalı neftin fyuçersləri 2,19% azalaraq bir barel üçün 70,68 dollar təşkil edib.

Xəbər xətti