Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları İsrailin cənubundakı Beerşeba şəhərinə raket zərbəsi endiriblər.
Ucnoqta.az xəbər verir ki, silahlı qrupun Telegram kanalında məlumat yayılıb:
"İzzəddin əl-Qəssam briqadaları dinc əhalinin qətliamına cavab olaraq Beersheba'ya raket hücumu həyata keçiriblər. Radikallar həmçinin işğal altındakı Məcin şəhərinin şərqindəki düşmən konsentrasiyalarının atəşə tutulduğunu elan ediblər" - açıqlamada deyilir.