Lempard bu kluba rəhbərlik edə bilər

14:45 - 6 Dekabr 2023 - İDMAN

İngiltərəli mütəxəssis Frenk Lempard Böyük Futbol Liqasının (MLS) “Şarlotta” klubunun baş məşqçisi postuna əsas namizədlər sırasındadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Athletic” portalı məlumat yayıb.

Nəşr ingilis Din Smitin bu vəzifəni tutmaq şansını da yüksək qiymətləndirir. Bildirilir ki, Şarlotta dekabrın sonuna kimi baş məşqçi ilə bağlı qərar verəcək.

Ötən mövsüm "Şarlotta" oyunçuları MLS-in müntəzəm mövsümünün nəticələrinə görə Şərq Konfransında 9-cu yeri tutub. 

45 yaşlı Lempardın son iş yeri "Çelsi" olub.

Xəbər xətti