İsrail hərbçləri Qəzza zolağında HƏMAS liderinin evini mühasirəyə alıb - KİV

12:26 - 6 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin hərbi texnikası Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın anklavın cənubundakı Xan Yunis şəhərindəki evini mühasirəyə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, Sinvarın evi çərşənbə axşamından mühasirəyə alınıb. Həmas liderinin özünün də binada olub-olmaması barədə məlumat verilmir.

Misirin “Al Watan” portalı Fələstin mənbələrinə istinadən iddia edir ki, Sinvar evdə yoxdur.

Xəbər xətti