UEFA AFFA-nı cərimələdi

12:08 - 6 Dekabr 2023 - İDMAN

UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.

Ucnoqta.az xəbər verir ki, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.

Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.

Xatırladaq ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər xətti